RU

Azərbaycanda bu kağız pullar artıq qəbul edilmir – SƏBƏB

Bəzi vətəndaşlar bankların valyuta mübadiləsi məntəqələri ilə bağlı vaxtaşırı narazılıqlar səsləndirirlər. Bildirirlər ki, kassalar ya pul xırdalamırlar, ya da kiçik məbləğdə xarici valyutaları manata çevirməkdən imtina edirlər.

Bankların bununla bağlı konkret standartları varmı? Vətəndaş istəyi təmin olunmadığı halda şikayət edə bilərmi?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, istənilən halda, banklar da, vətəndaşlar da valyutadəyişmə məntəqələrindən Azərbaycan Mərkəzi Bankına (AMB) şikayət edə bilərlər.

"Lakin "pul xırdalamaq" deyə vəzifə yoxdur. Valyutadəyişmə məntəqələri bir valyutanı digərinə dəyişir və eyni zamanda müəyyən əskinasları qəbul etməyə bilir. Məsələn, valyutadəyişmə məntəqəsi deyə bilər ki, bəzi xarici əskinasları - 1 və ya 5 dolları qəbul etmirəm. Burda da haqlılıq payı var, heç kim onlardan həmin əskinasları almırsa, bu şərtləri normal qəbul olunmalıdır".

İqtisadçı belə hadisələrin tez-tez baş vermədiyini bildirib:

"Əgər valyutadəyişmə məntəqəsi müəyyən məbləğdə - məsələn, 100 avro və ya 100 dolları dəyişirsə, vətəndaş bu halda ondan imtina alarsa, şikayət edə bilərlər. Amma ümumilikdə, belə şeylər nadir olur və hər kəs üçün eyni qaydada tətbiq edilir. Dediyim kimi problem sadəcə bəzən bankların xırda əskinasları qəbul etməməsi ilə bağlıdır".

Избранный
17
6
day.az

7Источники