RU

Zelenski: Ukrayna hər ay milyard dollar almaq istəyir

Ukraynanın məqsədi Kiyevə silah tədarükü ilə bağlı ABŞ-NATO razılaşması olan PURL (Prioritized Ukraine Requirements List) çərçivəsində ayda bir milyard dollar əldə etməkdir...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.

“PURL təşəbbüsü NATO-nun çox dəyərli mexanizmidir və Müttəfiqlərin dəstəyini Ukrayna üçün real imkanlara çevirir. Bizim məqsədimiz öz potensialını tam reallaşdırmaq üçün təşəbbüs vasitəsilə ayda 1 milyard dollar ayırmaqdır”, o qeyd edib.

Zelenskinin sözlərinə görə, Kiyevin tərəfdaşları avqust ayından bəri Amerikanın Ukrayna üçün bir neçə silah paketini maliyyələşdirib. Ukraynanın silah alışına töhfə verən ölkələr arasında Hollandiya, Danimarka, Norveç, İsveç və Kanada da var.

Poliqon.info

Избранный
27
poliqon.info

1Источники