ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İsveç və Finlandiya Rusiya sərhədinə 4–5 min nəfərlik zərbə briqadası yerləşdirib. Briqadanın tərkibində İsveç, Norveç və Danimarka hərbçiləri var. Briqadaya “Arçer” haubitsaları və Böyük Britaniya qırıcılarının gətirilməsi də nəzərdə tutulub. NATO planı təsdiqləyib.
Bu briqadanın yaradılması İsveç və Finlandiyanın Rusiya ilə münasibətlərinə necə təsir edəcək?
Globalinfo.az-a danışan poltioloq Kənan Novruzov deyib ki, son zamanlar Avropa dövlətləri ilə Rusiya arasında gərginlik artır:
“Buna misal olaraq Rusiyanın Polşa və Rumıniya hava məkanını pozmasını göstərə bilərik. İstisna etmirəm ki, bunda maraqlı olan Avropa dövlətləri var. Çünki Avropa ABŞ-dan fərqli olaraq müharibənin uzanmasını istəyir.
ABŞ müharibənin bitməsini istəsə də, həm Avropa, həm də Rusiyadan gözləntiləri var. Bu gözləntilər özünü doğrultmur. Ona görə də ABŞ sanki Avropa-Rusiya gərginliyinə rəvac verməklə hər iki tərəfi cəzalandırmağa çalışır, amma bu, idarəolunan gərginlikdir.
Qeyd etdiyiniz məqam da Avropa ilə Rusiya arasında gərginliyin növbəti təzahürüdür. Əlbəttə, həm İsveç və Finlandiya üçün təhlükə artır. Bu dövlətlər gərginliyin növbəti dalğasının qurbanları ola bilərlər. Hərçənd nəzərə almaq lazımdır ki, bu, NATO-Rusiya savaşını başlada bilər. Odur ki, əslində həm də Alyansla Rusiya arasında böyük müharibə təhlükəsi getdikcə real ehtimala çevrilir”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.