RU

Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək - 3-cü MDB Oyunları:

3-cü MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq.

"Football-plus.az" xəbər verir ki, Gəncə şəhər İdman Sarayında üzgüçülük yarışları davam edəcək.

3-cü MDB Oyunlarının paytaxtında, həmçinin voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək. Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan millimiz Küveytlə qarşılşacaq.

Bundan başqa, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.

Həmin şəhərdə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.

Yevlaxda, boks üzrə mübarizələrdə təsnifat mərhələsinin qarşılaşmaları gerçəkləşəcək. Mingəçevirdə isə taekvondo yarışında növbəti qaliblərin adları müəyyənləşəcək.

Избранный
33
12
football-plus.az

10Источники