RU

II Liqa: Bu gün çempionatda beşhakimiyyətlik yarana bilər

Azərbaycanın II Liqasında IV tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha üç oyun keçiriləcək.

Əvvəlcə turun mərkəzi oyunu baş tutacaq. "Xankəndi" "Şəki Siti"ni qonaq edəcək. İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda Bəhmən Həsənovlu bölgə təmsilçisi ilə matça liderliyi ələ keçirmək əzmi ilə çıxacaq. Əks halda, çempionatda üç, dörd, hətta beşhakimiyyətlik yarana bilər. "Şəki Siti" "Xankəndi"ni, "Şəmkir" "Ağstafa Gəncləri"ni, "Şirvan" isə "Kür-Araz"ı məğlub etsə, 5 komandanın hər birinin 9 xalı olacaq.

Qeyd edək ki, ötən gün "Qaradağ Lökbatan" "Araz-Saatlı"nı 3:0 yenib, "Ağdaş" - "Quba" (2:2) və "Dinamo" - "Göygöl" oyunlarında isə qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası
IV tur
30 sentyabr 

14:00. “Xankəndi” – “Şəki Siti”
Hakimlər: Nahid Xasıyev, Elmin Süleymanov, Əhməd Əhmədsoy, AlikYunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Neftçi" Futbol Mərkəzi, IV meydança.

15:00. “Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Rəsul Babayev, Safalı Ağayev, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Kür-Araz” – “Şirvan”
Hakimlər: Kamil Aydınov, Aydın Bəxşiyev, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elman Musayev.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

Избранный
34
2
fanat.az

3Источники