RU

ExxonMobil Mozambikdən 30 milyardlıq LNG layihəsi üçün təhlükəsizlik zəmanəti istədi - ÖZƏL

Amerikanın ExxonMobil şirkətinin rəhbəri Darren Woods Mozambik prezidenti Daniel Chapo ilə görüşərək, ölkədə inşa edilməsi planlaşdırılan 30 milyard dollar dəyərində qaz terminalı layihəsi üçün təhlükəsizlik zəmanətləri tələb edib. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, Woods və Chapo Mozambikin şimal-şərqindəki Cabo Delgado əyalətində terror qruplaşmalarının fəaliyyəti ilə əlaqədar görüləcək təhlükəsizlik tədbirlərini müzakirə ediblər. ExxonMobil burada Afrikada ən böyük maye təbii qaz (LNG) zavodunu qurmağı planlaşdırır.
Rovuma LNG layihəsi çərçivəsində, İtaliyanın Eni və Çinin CNPC şirkətlərinin dəstəyi ilə, sahil yaxınlığındakı yataqlardan qaz çıxarılaraq ildə 18 milyon ton həcmində LNG istehsal edəcək zavodda emal ediləcək.
Həmçinin 80-ci BMT Baş Assambleyası sessiyasının kuluarlarında TotalEnergies şirkətinin yaxınlıqdakı LNG zavodunda işləri bərpa etmək planları da müzakirə olunub. TotalEnergies əvvəllər təhlükəsizlik problemlərinə görə layihəni təxirə salmışdı.
ExxonMobil nümayəndəsi bildirib ki, şirkət TotalEnergies, Mozambik hökuməti və Rovuma LNG layihəsi tərəfdaşları ilə birlikdə layihənin icrası üçün investisiya qərarının qəbul edilməsini təmin edəcək tədbirləri müzakirə edir. Bunlara yerli icmalara və ətraf mühitə təsirin azaldılması, yerli təchizat zəncirlərinin dəstəklənməsi, ixtisaslı yerli kadrların hazırlanması və zavodun rəqabət qabiliyyətinin təmin olunması daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники