Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin növbəti oyunları keçiriləcək.aia.az xəbər verir ki, ikinci turun ilk oyun günündə 9 görüş təşkil olunacaq.İspaniya təmsilçisi "Real Madrid" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.Türkiyə nəhəngi "Qalatasaray" isə doğma meydanda İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Bu matç isə saat 23:00-da start götürəcək.UEFA Çempionlar LiqasıII tur30 sentyabr20:45. “Atalanta” (İtaliya) – “Brügge” (Belçika)20:45. “Kayrat” (Qazaxıstan) – “Real Madrid” (İspaniya)23:00. “Atletiko” (İspaniya) – “Ayntraxt” (Almaniya)23:00. “Budyo-Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)23:00. “Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya)23:00. “Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)23:00. “İnter” (İtaliya) – “Slaviya” (Çexiya)23:00. “Marsel” (Fransa) – “Ayaks” (Niderland)23:00. “Pafos” (Kipr) – “Bavariya” (Almaniya)Qeyd edək ki, bu turun oyunlarına oktyabrın 1-də yekun vurulacaq.