RU

Təhlükəli "üzük"lər, hanniballar və...

Baykal gölü Sibirin cənub-şərqində yerləşən və təxminən 25 milyon il yaşı olduğu güman edilən dünyanın ən qədim gölüdür. O, təkcə Yer kürəsinin ən qədim gölü deyil, həm də ən dərin gölü hesab olunur. Dərinliyi 1700 metrə çatır.

Publika.az "IFLScience" nəşrinə istinadən xəbər verir ki, bu dərinlikdə planetin donmamış şirin suyunun təxminən 20%-i yer tutur.

Bildirilir ki, Baykal gölü inanılmaz sayda qeyri-adi və müxtəlif növlərə ev sahibliyi edir. Qalın buz təbəqəsi ilə örtülməsinə baxmayaraq, göl unikal sistemi təmsil edir. Onun daxilində yaşayan bitki və heyvanların təxminən 80%-i planetin başqa heç bir yerində tapılmır.

Bu unikal növlər arasında Baykal qolomyanka (Şüa qanadlı balıq növüdür. Cottidae ailəsinin üzvü olan iri, yağlı, qeyri-kommersiya növü olan balıqdır. Baykal suitisi üçün əsas qida mənbəyidir) da var. Onun uzunluğu təxminən 21 santimetrdir və şəffaf bədənə malikdir. Maraqlı görünüşü ilə yanaşı, bu növ qeyri-adidir ki, bütün su sütununu tutur və Baykal qolomyankasını dünyanın ən dərin şirin su balığı edir. Eyni dərəcədə maraqlıdır ki, qolomyankalar hannibal hesab olunurlar, çox vaxt öz balalarını yeyirlər. Onların pəhrizinə kopepodlar, amfipodlar və sürfələr də daxildir.

Əvvəlki müşahidələr göstərib ki, Baykal gölündə suyun temperaturu il boyu kəskin şəkildə dəyişir. Yayda səth təbəqəsi bəzi ərazilərdə 16°C-ə qədər istiləşə bilir, lakin yanvarın əvvəlindən may ayına kimi səth donur. Buzun orta qalınlığı 0,5 ilə 1,4 metr arasında dəyişə bilər, bəzi ərazilərdə 2 metrə çatır.

Göl həm də qış aylarında görünən və kosmosdan görünəcək qədər böyük olan sirli buz halqaları ilə tanınır. Yeri gəlmişkən, NASA alimləri sayəsində bu inanılmaz "üzük"lərin sirri 2020-ci ildə açılıb.

Избранный
68
publika.az

1Источники