RU

İndoneziyada məktəb binası çökdü: Dağıntılar altında qalanlar var - VİDEO

İndoneziyanın Şərqi Yava ştatının Sidoarco şəhərində internat məktəbində çökmə baş verib. 

Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində dağıntılar altından 98 nəfər çıxarılıb, lakin bir məktəbli ölüb. 

O da qeyd olunub ki, yeddi uşağın taleyi naməlum olaraq qalır. 

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətlilər binanın çökmə səbəblərini araşdırır.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
37
1
missiya.az

2Источники