Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaq.
Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, dövlət başçısı çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına da diqqət çəkib:
"İlham Əliyev qeyd etdi ki, Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox kənara çıxır. Dövlət başçısının həmçinin beynəlxalq münasibətlər sistemində islahatlar aparılması haqqında çağırışı da olduqca əhəmiyyətli idi".