RU

MEDİA-nın icraçı direktoru süni intellektin mətbuatda tətbiqindən danışıb

“Süni intellekt texnologiyalarının media sahəsində tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağırışları sırasındadır”.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizin informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır: “Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda, daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz”.

Əhməd İsmayılov qeyd edib ki, bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir: “Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik”.

Избранный
8
24
musavat.com

10Источники