RU

Zelenskinin yeni məqsədi: siyahı yaydı

"Ukraynanın məqsədi ABŞ-NATO razılaşması çərçivəsində ayda bir milyard dollar almaqdır".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Kiyevin tərəfdaşları avqust ayından bəri ABŞ-ın Ukrayna üçün bir neçə silah paketini maliyyələşdirib. Bu ölkələr arasında Hollandiya, Danimarka, Norveç, İsveç və Kanada da var. Hazırda Belçika, Litva, Latviya, Estoniya, İslandiya və Lüksemburq Ukraynaya gələcək yardım paketinə töhfə verməyə hazır olduqlarını bəyan ediblər", - deyə o bildirib.

Sentyabrın 18-də Ukraynanın "Public" nəşri qeyd edib ki, ABŞ və NATO arasında müqavilədə nəzərdə tutulan ilk hərbi texnika Ukraynaya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники