Dünən günorta İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco şəhərində Əl Xoziny İslam internat məktəbində binanın çökməsi böyük fəlakətə səbəb olub. Şagirdlər namaza toplaşarkən dağıntılar altında qalanların axtarış-xilasetmə işləri gecə boyu davam edib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, axtarış-xilasetmə qrupları, polis və hərbçilərin də olduğu yüzlərlə insan səhərə qədər dağıntıları qazaraq, oksigen və su xətləri vasitəsilə qapalı qalan tələbələrə həyat dəstəyi verib. Səhər saatlarında yaralanan 8 şagird xilas edilib. Bununla belə, rəsmilər dağıntılar altında daha çox cəsəd gördüklərini bildiriblər.
Uçmuş binanın qarşısında qurulmuş böhran masasının məlumat lövhəsinə əsasən, 12-17 yaş arası 65 tələbə hələ də itkin düşüb.
//Gülnarə Abasova, Editor.az