Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.
Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.
"Cebheinfo.az"