RU

Bu şəhərdə 1200 abonentin QAZI KƏSİLƏCƏK

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Far.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Избранный
14
19
far.az

10Источники