GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib:
“Biz ABŞ prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq.
Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.
Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.
Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar”.
We welcome the announcement of Comprehensive Plan to End the Gaza Conflict proposed by the U.S. President Donald J. Trump.
A sustainable and just peace requires sincere commitment, mutual trust, and respect for international law.
The exchange of prisoners and hostages, and…
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) September 30, 2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.