RU

Beynəlxalq Barbekü Festivalı ilk dəfə Şamaxıda

Bakı. Trend:

Son zamanlar bir sıra yaddaqalan tədbirlərin və festivallarınməkanına çevrilən Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalıtəşkil olunacaq.

Trend xəbərverir ki, oktyabrın 4-ü və 5-də Şamaxının Meysəri kəndindəAzərbaycanda ilk dəfə olaraq Beynəlxalq Barbekü Festivalıkeçiriləcək.

Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi BağlarıKompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimiSahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunur.

Festivalda Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidentiVillem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasınınbaş hakimi Kristofer Sandford (Chirstopher Sandford),Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, SəudiyyəƏrəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (ThomasGugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmışşef-aşpazlar ­­­– bir çox ölkələrin kulinariya assosiasiyalarınınprezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar,kulinariya hakimləri iştirak edəcək.

Möhtəşəm barbekü nümayişlərinin təqdim olunacağı bu beynəlxalqtədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə dəAzərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərinidünyaya tanıtmaqdır.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanınmüxtəlif ölkələrini təmsil edən peşəkar şeflər müxtəlif ləzzətlərivə bişirmə üsullarını nümayiş etdirəcək, kulinariya məharətlərinibölüşəcəklər.

Tədbirin ən parlaq hissələrindən biri isə jurnalist və bloqerlərarasında keçiriləcək yarış olacaq. Yarışın sonunda dad, bişirmədərəcəsi və təqdimat formasında fərqlənən komandalar sertifikatlar,medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrundamübarizə aparacaqlar.

Festvalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsi iləqeydiyyatdan keçə bilər.

Məqalədə:
Избранный
31
12
az.trend.az

10Источники