RU

Azərbaycanda ilk dəfə beynəlxalq “Women in Cyber” konfransı keçiriləcək

Cari ilin 11 oktyabr tarixində Azərbaycanda ilk dəfə beynəlxalq “Women in Cyber” (Kibertəhlükəsizlikdə Qadınlar) konfransı keçiriləcək.

Bu barədə “Poliqon” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verib.

Bildirilib ki, tədbir “Critical Infrastructure Defense Challenge” (CIDC2025) kiberfestivalı çərçivəsində yan tədbir kimi təşkil olunur və kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılmasına, gənc mütəxəssislərin dəstəklənməsinə həsr olunub.

Konfrnas ADA Universitetində saat 10.00 baş tutacaq.

Избранный
6
poliqon.az

1Источники