Millət vəkili vurğulayıb ki, xiyabanların hüquqi statusunun müəyyənləşməsi, milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən müharibəsində qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar: "Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər. Təəssüflər ki, Şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir.
Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək üçün tam zəruridir. "Şəhidlər xiyabanlar haqqında" qanun olsaydı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşın canlı saxlamağa da kömək edərdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31