RU

Rəsmi Bakı Trampın Qəzza Planını alqışlayır

[center]Rəsmi[/center]Biz ABŞ Prezidenti Donald J. Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elanını alqışlayırıq.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

“Məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir.Yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzunmüddətli razılaşmaya nail olmaq mümkündür”, - məlumatda vurğulanıb.

Избранный
38
20
yenisoz.az

10Источники