RU

İran xarici banklardan bütün pullarını çəkdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İran Mərkəzi Bankının aktivlərinin dondurulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Oxu.Az-ın "Tabnak" pornalına istinadla verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Həmid Qənbəri bəyan edib.
O, Avropa İttifaqının "snapback" (tətik) mexanizmi çərçivəsində elan etdiyi sanksiyaları şərh edib.
"Banklar bu addımı gözləyirdilər, həmin hesablar ya boş idi, ya da yalnız minimum məbləğ saxlanılırdı. Faktiki olaraq əhəmiyyətli heç bir vəsait bloklanmayıb", - deyə o izah edib.
Qənbəri əlavə edib ki, son illərdə ABŞ sanksiyaları fonunda Avropa şirkətləri də İranla iqtisadi əlaqələri kəskin azaldıb, ona görə də bu qərarın ölkə iqtisadiyyatına əlavə ciddi təsiri gözlənilmir.
"Buna baxmayaraq, heç bir sanksiya təsirsiz hesab olunmamalıdır. Əhəmiyyətli olan budur ki, reallığı düzgün qiymətləndirək və təsirləri nə kiçildək, nə də şişirdək. Həqiqəti xalqımıza olduğu kimi çatdırmaq bizim borcumuzdur", - deyə o sözlərini yekunlaşdırıb.
Избранный
22
1
oxu.az

2Источники