RU

Ermənistan müxalifəti “soyqırımı” inkar edənlərə qarşı cəzaları sərtləşdirməyi təklif edir

Ermənistan parlamenti dörd gün davam edəcək budəfəki iclasında Ermənistan Respublikasında erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bnu sentyabrın 30-da parlament iclasında spiker Alen Simonyan deyib.

Mövcud qanunvericiliyə görə, soyqırımın inkarı yalnız irqi və ya etnik mənsubiyyətinə görə nifrət və ya zorakılığı qızışdırmaq məqsədi ilə törədildikdə cinayət sayılır. Müxalif “Ermənistan” parlament fraksiyası isə bir neçə maddə üzrə cəzaların sərtləşdirilməsini təklif edir.

Yeni təklif olunan qanun layihəsinə görə, erməni soyqırımını inkar etmək, yüngülləşdirmək, təsdiq etmək və ya əsaslandırmaq və ya buna bənzər cinayətlər cərimə, ictimai işlər və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əgər əməl irqi, milli və ya dininə görə nifrət, ayrı-seçkilik və ya zorakılıq salmaq məqsədi ilə törədilmişdirsə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Kütləvi informasiya vasitələri, informasiya texnologiyaları və ya vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə, daha ağır cəza tətbiq olunacaq: 5 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə.

Избранный
19
herbiand.az

1Источники