RU

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji gücünü 4 QVt-a çatdırmağı planlaşdırır - Nazir

Qlobal miqyasda 1,5 dərəcə iqlim hədəfinə çatmaq üçün 2030-cu ilədək yalnız bərpa olunan enerji istehsal gücünü 11,000 QVt-a çatdırmaq kifayət etmir; eyni zamanda, 1,500 QVt-lıq enerji saxlanc sistemləri yaradılmalı, 25 milyon kilometr elektrik şəbəkəsi inşa və ya yenilənməlidir. Bunu energetika naziri Pərviz Şahbazov deyib. 

Nazir bildirib ki, Azərbaycan 2030-cu ilədək 2,7 QVt gücündə külək və günəş elektrik stansiyalarının tikintisini planlaşdırır. Bu, ölkənin bərpa olunan enerji üzrə quraşdırılmış gücünü üç dəfə artıraraq 4 QVt-a çatdıracaq və 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq.

Şahbazov vurğulayıb ki, növbəti iki ildə ölkə üzrə şəbəkəyə 10 yeni stansiyanın qoşulması və 250 MVt gücündə, 500 MVt/saat tutumunda saxlama sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu layihələrdən biri – 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası 2025-ci ilin noyabrında istismara veriləcək.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək və damüstü panellər vasitəsilə 1,6 QVt-lıq yeni güc yaradılacaq. Bu addım 2 milyon ton emissiyanın azaldılmasına səbəb olacaq.

Azərbaycan, həmçinin, Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı əhatə edən “yaşıl enerji dəhlizləri” layihələrində iştirak edir. 2032-ci ilədək quruda və dənizdə yaradılacaq 6 QVt-dan artıq bərpa olunan enerji gücünün 4 QVt-nın "Xəzər–Qara dəniz–Avropa" dəhlizi vasitəsilə ixracı planlaşdırılır. Bu ixracın illik 4,5 milyon ton istixana qazı emissiyasını azaltmaq potensialı var.

Aytac 

Избранный
15
1
anews.az

2Источники