Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) geotermal enerji sahəsində tərəfdaş axtarır.Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) ikinci günündə bildirib.“Beləliklə, indi bunu elan edirəm. Biz malik olduğumuz imkanları araşdırmağa başlaya bilmək üçün geotermal texnologiyada təcrübəsi olan səhmdar tərəfdaş axtarırıq”, – Ə. İsayev vurğulayıb.Onun sözlərinə görə, bu istiqamətdə artıq Beynəlxalq Geotermal Agentliklə əməkdaşlıq qurulub və təşkilat SOCAR-a uyğun tərəfdaş tapmaqda dəstək göstərir:“Son üç ildə böyük nailiyyətlər əldə etmişik. Bunlar əməkdaşlığın nəticəsidir və biz bu əməkdaşlığı davam etdirəcəyik. Çünki əməkdaşlıq bilik mübadiləsini genişləndirir, dekarbonizasiya səylərimizi sürətləndirir. Panel müzakirələrini səbirsizliklə dinləmək və daha çox öyrənmək istəyirəm”.Report
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта