RU

Sibiqa Mirzoyanı Kiyevə DƏVƏT ETDİ

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Varşavada Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqazdakı vəziyyət və son geosiyasi proseslər müzakirə olunub.

Tərəflər, həmçinin BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsinin yekunları ilə bağlı fikir mübadiləsi aparıblar.

Sibiqa görüş zamanı Mirzoyanı Kiyevə dəvət edib.

O, Avropada hərtərəfli, ədalətli və davamlı sülhün möhkəmləndirilməsi üçün birgə səylərin vacibliyini də vurğulayıb.

Musavat.com

Избранный
9
1
musavat.com

2Источники