Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
Veteninfo.az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
İş planına “Dövlət xidmətləri haqqında”, “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanun layihələrinin hazırlanması da daxil edilib.
Sənəddə həmçinin Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması da öz əksini tapıb.