RU

Milli Məclisdə "Şəhidlər xiyabanları haqqında" xüsusi qanunun qəbulu təklif edilib

Milli Məclisdə "Şəhidlər xiyabanları haqqında" xüsusi qanunun qəbulu təklif edilib.

“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxış edib.

O hesab edir ki, Şəhidlər xiyabanında sonuncu baş verən hadisədən sonra bu vacib addım olar.

Zahid Oruc qeyd edib ki, Azərbaycan xalqı Şəhidlər Xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır:

"Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır. Tətil dövründə Şəhidlər Xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi xüsusi qanunun qəbulunu zəruri edir. Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən müharibəsində Qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar. Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər".

Избранный
31
11
ikisahil.az

10Источники