ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Bakıda tıxacların səbəbi dar boğazlardır. Bakı şəhərində dar boğazlar problemi var".
Oxu.Az-ın məlumatına görə, bunu deputat Hikmət Babaoğlu parlamentin bu gün keçirilən ilk plenar iclasında deyib.
O qeyd edib ki, bu dar boğazlardan biri "20 Yanvar" dairəsindədir:
"Bunların nizamlanması ilə bağlı xüsusi ekspertlərin dəvət edilməsi və məsələnin tənzimlənməsi vacibdir. Bununla yanaşı, yol nəqliyyatının və yol-nəqliyyat infrastrukturunun idarə olunmasında iştirak edən müəssisələrin koordinasiyası ilə bağlı qanunun qəbul edilməsi zəruridir".
Samir Əli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.