Şirkətlərin gördüyü hər bir iş və ya göstərdiyi xidmət rəsmi sənədlərlə təsdiqlənməlidir. Təəssüf ki, bir çox sahibkar yalnız müqavilə və elektron qaimə ilə kifayətlənir.. Onlar düşünür ki, bu iki sənədin olması yetərlidir.
Amma fors-major hallarda vəziyyət dəyişir.
Məsələn, məhkəmə çəkişmələri zamanı vəziyyət tamam başqa olur. Hakim yalnız müqavilə və qaiməni kifayət hesab etmir, işin başa çatdığını təsdiqləyən təhvil-təslim aktı tələb edir. Əgər bu sənəd yoxdursa, şirkət haqlı olsa belə, pulunu ala bilmə riski ilə üz-üzə qalır.
Nəticədə şirkət ciddi problemlərlə üzləşə bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov bildirdi ki, ilkin müqavilə tərəflərin niyyətini, qaimə isə maliyyə əməliyyatını göstərir:
Amma Qanunvericiliyin təbəblərinə görə, öhdəliklərin yerinə yetirilməsi təhvil-təslim sənədi ilə təsdiqlənməlidir. Əgər bu sənəd yoxdursa, sübut etmək çətinləşir və nəticədə şirkət haqlı olsa belə, ödənişini itirə bilər.
Vergi orqanlarının yoxlamaları zamanı da eyni problem yaşanır. Vergi Məcəlləsinə əsasən, malların alınması və təqdim olunması yalnız qaimə ilə yox, həm də faktiki təhvil verilməni təsdiqləyən sənədlərlə rəsmiləşdirilməlidir. Əks halda, əməliyyat şübhəli sayılır, əlavə öhdəliklər və maliyyə sanksiyaları tətbiq oluna bilər.
Lakin bir çox sahibkar və mühasib bu nüansı nəzərə almır. Düşünürlər ki, müqavilə və qaimə kifayətdir. Amma əslində, işin qəbulunu təsdiqləyən sənəd “təhvil təslim aktı” olmadan həm pul itkisi, həm də məhkəmə çəkişməsində uduzmaq riski çox böyükdür”.
Müsahibimiz bununla bağlı sahibkarlara müvafiq tövsiyələr verib:
“Hər bir mal və xidmətin göstərilməsindən sonra təhvil-təslim sənədi (akt) imzalanmalıdır. Sənəddə işin həcmi, işə verilən qiymət müvafiq tarixlə qeyd edilməli və bu sənəd hər iki tərəfin imzaları ilə təsdiqlənməlidir. İlkin müqavilə və qaimə ilə yanaşı təhvil-təslim aktı da arxivləşdirilməlidir.
Qanunvericilikdə açıq şəkildə göstərilir ki, yalnız müqavilə və qaimə ilə kifayətlənmək düzgün deyil. İşin qəbulunu təsdiq edən sənəd əsas və yekun sənəddir. Məhz bu sənəd işgörəni xoşagəlməz hallardan və məhkəmə çəkişməsindən sığortalayır”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта