RU

Azərbaycan və Ukrayna enerji mütəxəssisləri Kiyevdə görüş keçirib

Yazını böyüt
Yazını kiçilt

Kiyevdə oflayn və onlayn formatda Azərbaycan - Ukrayna Energetika Assosiasiyası İctimai Təşkilatının təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna: hidroakkumulyativ elektrik stansiyalarının tikintisində yeni tərəfdaşlıq imkanları və bərpa olunan enerjinin səmərəli inkişafı” adlı dəyirmi masa keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Ukrayna energetika nazirinin müavini Nikolisnik, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Ukrayna və Azərbaycan enerji şirkətlərinin nümayəndələri, ukraynalı və azərbaycanlı ekspertlər iştirak ediblər.

Çıxışlarda enerji sahəsində qarşılıqlı əlaqələrin Ukrayna - Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün prioritet olduğu vurğulanıb, bu da prezidentlər səviyyəsində dialoqda və Ukrayna - Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyası çərçivəsində təsdiqlənib.

Tədbir çərçivəsində mövcud əməkdaşlıq imkanlarına, o cümlədən “yaşıl” enerji sahəsində qarşılıqlı faydalı Ukrayna-Azərbaycan enerji tərəfdaşlığının inkişafına qarşılıqlı maraq barədə subyektiv fikir mübadiləsi aparılıb.

Ukrayna nümayəndələri Rusiyanın Ukraynanın enerji infrastrukturuna davam edən hücumları fonunda, Azərbaycanın bu ölkənin enerji sisteminin fəaliyyətinin qorunub-saxlanmasına göstərdiyi köməyə görə minnətdarlıq ediblər.

Избранный
4
hafta.az

1Источники