RU

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq



Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

aia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Deputatlar "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsinin qəbul edilməsinin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhvə verəcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

aia.az



Избранный
30
16
aia.az

10Источники