RU

"Tıxac problemi təqdim olunan qədər faciəvi deyil" - Deputat

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Hikmət Məmmədov deyib. O bildirib ki, bunların nizamlanması ilə bağlı xüsusi ekspertlərin dəvət olunması və bu keçidlərin işlək vəziyyətə gətirilməsi problemi həll edə bilər:

"Əslində şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil. Həmçinin, biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir"./Unikal

Избранный
26
6
Ajans.az

2Источники