RU

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Ölkə.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Deputatlar "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsinin qəbul edilməsinin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıblar. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Mürtəza

Избранный
27
16
olke.az

10Источники