RU

Azərbaycanda valyuta giriş çıxışına qadağa qoyulub? Mərkəzi Bankdan açıqlama

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, bir neçə gündür Azərbaycana valyuta giriş-çıxışı məhdudlaşdırılıb. İddia olunur ki, Mərkəzi Bank pul köçürmələrini dondurub, nə xaricdən valyuta qəbulu, nə də Azərbaycandan pul baratlarının göndərilməsinə icazə verilir.

Bildirilir ki, ötən həftənin 5-ci günü, saat 12-dən sonra pulköçürmə sistemləri fəaliyyətini dayandırıb, bunun səbəbini Mərkəzi Bankın qadağası ilə izah ediblər.

Mərkəzi Bankdan “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirilirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda ökədə fəaliyyət göstərən pulköçürmə sistemləri vasitəsi ilə valyuta qəbulu və göndərilməsi qanunvericilikdə nəzərdə tutulduğu qaydada həyata keçirilir. Heç bir məhdudiyyət qoyulmayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
azpolitika.info

1Источники