RU

Ermənistanda hərbi xidmətdən yayınanlar artır

Ermənistanda

Ermənistanın ehtiyatda olan hərbçilərinin təlim-məşq toplantıları ciddi qanun pozuntuları ilə keçirilir.

Reyting.az
erməni mediasına istinadla bildirir ki, bunu Ermənistan parlamentinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə və bununla bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri paketinin müzakirəsi zamanı “Ermənistan bloku”ndan olan deputat Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, çoxsaylı problemlər aşkarlanıb:

“Son iki ildə hərbi xidmətdən yayınanlarla bağlı qanunvericiliyin daim sərtləşdirilməsinə baxmayaraq, problemlər aradan qalxmayıb. Bunun səbəbi, hərbi xidmətdən yayınanların sayının kifayət qədər böyük olmasıdır”.

O, həmçinin Ermənistanın məskunlaşdığı ərazilərdən birində ağsaqqallar şurası üzvünün hərbi xidmətə çağırılması barədə məlumat verib.

ELÇİN
Избранный
1
1
reyting.az

2Источники