RU

“Həmişə bizi güldürən insan indi birdəfəlik ağlatdı” – Vasif Məhərrəmli

“Həmişə bizi güldürən insan indi birdəfəlik ağlatdı”.

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli mərhum aktyor Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

Müğənni aktyorla son görüşlərini xatırladığını bildirib:

“Bir ay əvvəl görüşmüşdük. Dedim, necə formadasan? Cavab verdi ki, hər gün idman zalına gedirəm, yeməyimə diqqət edirəm. Həmişə bizi gülməkdən ağladan adam indi birdəfəlik ağlatdı. Allah ailəsinə səbr versin. Səhhətində heç vaxt problem olmayıb, canavar kimi idi. Çox çətinliklə forma yığmışdı. Soruşdum necə bacardın? Maşallah, yaxşısan. Dedi ki, yemirəm, idmana vaxt ayırıram”.

Qeyd edək ki, Cabir İmanov ötən gün idman zalında məşq zamanı infarktdan dünyasını dəyişib.

Könül İbrahim
Musavat.com

Избранный
9
musavat.com

1Источники