RU

Lukaşenko: Zelenskini öz oğlum hesab edirdim

BAKI, 30 sentyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenskinin son bəyanatını cəfəngiyyat adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Minskdə MDB Hökumət Başçıları Şurası və Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə danışıb.

“Mənim həmkarım, onu öz oğlum hesab edirdim, Volodimir Zelenski deyir: “Putinlə mən qoca kişilərik, haradasa künc-bucaqda pıçıldaşırıq, başqalarına zərər veririk”. Tamamilə mənasız və cəfəngiyyatdır”, - prezident bildirib.

Volodimir Zelenski bundan əvvəl Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı dediklərinə etiraz edib. Ukrayna liderinin sözlərinə görə, Lukaşenko öz dünyasında yaşayır.

Belarus prezidenti bəyan etmişdi ki, masada Ukrayna ilə bağlı yaxşı bir təklif var, bu, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ABŞ Prezidenti Donald Tramp tərəfindən də dinlənilib və müzakirə üçün Vaşinqtona aparılıb. Lukaşenko Zelenskini bütün ölkəni itirməmək üçün bunu qəbul etməyə çağırıb.

Избранный
49
8
teleqraf.com

9Источники