RU

10 noyabr 2020-ci il kapitulyasiya aktı ilə yeni dövr başlandı- ÖZƏL

"Sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin tarixi çıxışı həm Azərbaycanın 30 ildən çox davam edən münaqişə dövründə keçdiyi ağır sınaqların, həm də son beş ildə əldə etdiyi qələbə, ədalət və sülh nailiyyətlərinin dünyaya bəyanatı oldu. Dövlət başçısı tribunadan çıxışı zamanı həm tarixi həqiqətləri xatırlatdı, həm də gələcəyə yönəlik strateji baxışını ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident bir daha Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti, hərbi cinayətlər və nəticədə bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınması faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasız qalması, Ermənistanın cəzasızlıq mühiti sayəsində işğalı davam etdirməsi qlobal ədalətsizlik nümunəsi kimi vurğulandı.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, status-kvonu qorumağa yönəlmiş siyasət, nəticədə münaqişənin dondurulması illərlə sülhü ləngitdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsini başladı. Ermənistanın şəhər və kəndlərimizi raketlərlə, kasetli bombalarla hədəfə almasına baxmayaraq, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüz bərpa olundu və 10 noyabr 2020-ci il kapitulyasiya aktı ilə yeni dövr başlandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
olaylar.az

1Источники