RU

Xəstəxanalarda digər xərclər bəzən əməliyyat xərclərini ötüb keçir - Siyavuş Novruzov

İcbari tibbi sığorta sistemi ümumilikdə uğurla icra olunur, lakin sənədləşdirmə və xidmətlərlə bağlı mərhələli təkmilləşdirməyə ehtiyac var. Bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasında deputat Siyavuş Novruzov deyib. 

Deputat deyib ki, vətəndaşlar sənədlər üçün müxtəlif instansiyalara üz tutmaq məcburiyyətində qalmamalıdır.

“Elə bir mexanizm olmalıdır ki, vətəndaş sənədlər üçün ora-bura qaçmasın", - o bildirib. 

Novruzov həmçinin xəstəxana xərclərinin tibbi sığortaya daxil edilməsinin vacibliyini vurğulayıb.

 “Xəstəxanada qalmaq qiyməti otel qiyməti ilə eynidir. Xəstəni əməliyyatdan sonra dərhal evə göndərmək olmaz. Bu gün əlavə xərclər bəzən əməliyyat xərclərini belə ötüb keçir", - deputat əlavə edib. 

Deputat bəzi xəstəliklər üçün dövlət tərəfindən pulsuz dərmanların ayrıldığını və bununla bağlı hər rayonda yalnız bir aptekin fəaliyyət göstərdiyini qeyd edib. O, aidiyyəti qurumlarla razılaşdırmaqla bu dərmanların bir neçə aptekdə əlçatan edilməsinin mümkün olduğunu bildirib.

Gülnar Nazimqızı 

Избранный
12
2
anews.az

3Источники