RU

Rəsmilər vida mərasimində - FOTOlar

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sevilən aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü - XX əsrin çempionu, KVN Teatrı "Planet Bakı oğlanları"nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər Nazirliyinin polkovniki Cabir İmanovla vida mərasimi keçirilir.

Trend xəbər verir ki, mərhum 50 yaşında idman zalında infarkt nəticəsində dünyasını dəyişib...Qismət...

Vida mərasiminin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilməsi təsadüfi deyil. Son illərdə məhz bu quruma rəhbərlik edən Cabir İmanov burada bir çox mədəni layihələrin həyata keçirilməsinə nail olub.

Maraqlıdır ki, illərlə yumoristik rolları ilə yadda xasiyyətcə çox mehriban və tamaşaçılar tərəfindən çox sevilən aktyor özünü çox çətin bir sahəyə - cinayətkarlıqla mübarizəyə həsr edib. Hələ də çoxları belə bir aktyor bu qədər ciddi sahədə çalışdığına inanmaqda çətinlik çəkir; üstəlik, teatrda və kinoda öz rollarında hüquq-mühafizə orqanlarının çatışmazlıqlarını tez-tez parodiya edib, gülüş obyektinə çevirirdi. Lakin aktyorun sözlərinə görə, belə anlar polis fəaliyyətinin təkmilləşdirilməsinə də kömək edirdi

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində çalışıb. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixində Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
27
6
milli.az

7Источники