RU

58 yaşlı Nikol Kidman 19 llik ərindən boşanır

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur Avstraliya əsilli amerikalı aktrisa Nikol Kidman 19 illik evliliyindən sonra əri Keyt Urbandan boşanır.

Qaynarifno TMZ-yə istinadən xəbər verir ki, cütlük yayın əvvəlindən ayrı yaşayır. Şayiələrə görə, kantri müğənnisi hazırda yaşadığı Neşvildə yeni ev alıb.

"Nikol onların iki uşağına baxır və Keytin getdiyi bu çətin dövrdə ailəni bir arada saxlayır", deyə mənbələr bildirib.

Həmçinin, şayiələrə görə, Urban münasibətlərin sona çatmasının təşəbbüskarı olub. 58 yaşlı aktrisanın özü nikahı xilas etməyə çalışsa da, buna nail ola bilməyib. Boşanmaya nəyin səbəb olduğu hələlik məlum deyil. Onlar şəxsi həyatları ilə bağlı rəsmi açıqlama vermirlər.

Yeri gəlmişkən, Nikol və Keyt 2005-ci ildə "G'Day LA"da tanış olublar. Bir il sonra cütlük toy edib. Daha sonra onların Sandi qızı dünyaya gəlib. 2008-ci ildə cütlük surroqat ananın köməyi ilə ikinci dəfə valideyn olub və Fait adlı bir qızları doğulub.

Yeri gəlmişkən, Kidmanın aktyor Tom Kruzla evli olarkən övladlığa götürdüyü İzabella Ceyn Kidman-Kruz və Konnor Entoni Kruz adlı daha iki övladı var.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
qaynarinfo.az

1Источники