İranda tibb fakültəsinin tələblərini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb.
Axar.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub.
Qəza nəticəsində 2 nəfər ölüb, sürücü də daxil olmaqla başqa sərnişinlər də yaralanıb.
Ölənlərin 20 və 25 yaşlarında qadınlar olduğu vurğulanıb.
Qeyd olunub ki, avtobusda ümumilikdə 11 qadın olub.