RU

Bu halda qəpiklər dövriyədən çıxarılacaq KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son illər Azərbaycanda kartla və mobil ödənişlərin sürətlə artması nağd pula olan tələbatı xeyli azaldıb. Xüsusilə də gündəlik alış-verişdə qəpiklərin istifadəsi əvvəlki kimi aktual deyil. Bu da ictimaiyyətdə belə bir sual yaradır: rəqəmsal ödənişlərin genişlənməsi yaxın illərdə qəpikləri tamamilə dövriyyədən çıxara bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, ödənişlərin rəqəmsallaşması bütövlükdə nağd pulun rolunu azaldacaq:

“Ümumiyyətlə, ödənişlərin kartla, mobil telefonla həyata keçirilməsi gələcəkdə nağd pulu aradan qaldıracaq. Burada ilk olaraq qəpiklər sıradan çıxacaq. Lakin Azərbaycanda bu proses dünyanın aparıcı ölkələrindən sonra baş verəcək. Yəni dərhal yox, müəyyən zaman tələb edir”.

Ekspertin sözlərinə görə, yaxın 20-30 il ərzində inkişaf etmiş dövlətlərdə qəpiklərin tamamilə aradan qalxması gözlənilsə də, Azərbaycanda buna hələ xeyli vaxt var.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
konkret.az

2Источники