Deyirlər, insan ata-anadan yetim qalır, mən qardaşımdan yetim qaldım.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Cabir İmanovla vida mərasimi zamanı onun qardaşı Tahir İmanov deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr Cabiri pis tərəfdən tanıtmaq istəyirdilər:
“Çoxları elə bilir ki, Cabir məndən böyükdür, amma mən ondan 2 yaş böyük olmuşam. Böyük olmağıma baxmayaraq, ondan çox şey öyrənmişəm”.