RU

İndoneziyada məktəb çökdü: 3 ölü, 80 yaralı

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən internat məktəbinin binası çöküb.

Axar.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, günorta namazında şagirdlər ibadət edərkən bina dağılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 80 nəfər yaralanıb, 38 nəfər isə dağıntılar altında qalıb.

Избранный
28
axar.az

1Источники