RU

“Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil” – Deputat

Azərbaycanda nəqliyyat infrastrukturunun idarəedilməsi ilə əlaqədar yeni qanunun hazırlanması təklif edilib.
Tribunainfo.az 
“Report”a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) parlamentin bugünkü plenar iclasında çıxış edib.
O qeyd edib ki, qanun layihəsi yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətini koordinasiya etməyə, onların səlahiyyətlərini müəyyənləşdirməyə xidmət etməlidir:
“Hesab edirəm ki, xüsusilə, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda “butulka effekti” yaradan dar boğazlar problemi var. Bu ünvanlardan biri 20 Yanvar dairəsi, digəri Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsi, üçüncüsü isə Koroğlu körpüsünün ətrafıdır. Buna bənzər ünvanlarda nəqliyyatın təşkili həyata keçirilsə, effektiv olar. Ümumilikdə isə düşünürəm ki, Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil”.

Избранный
16
6
tribunainfo.az

7Источники