RU

Bakıda və bölgələrdə yağış gözlənilir

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağışlar gözlənilir. Gün ərzində yağıntılar kəsiləcək, əsasən yağmursuz hava müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidməti məlumat  verib. 

Axşama doğru güclü şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15–17 °C, gündüz 17–19 °C təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 70–80% olacaq.

Azərbaycanın bəzi bölgələrində qısamüddətli yağış, şimşək gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış, dolu, dağlıq ərazilərdə isə sulu qar mümkündür.

Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 13–16 °C, gündüz 17–21 °C, dağlarda gecə 4–8 °C, gündüz 9–14 °C olacaq.

N.Təbrizli

Избранный
9
anews.az

1Источники