RU

"Hadisə baş verən zaman birinci ona zəng edilib" - Hacı Nuran Cabir İmanovdan DANIŞDI (VİDEO)

"Biz eyni zəmanənin adamlarıyıq. Eyni vaxtda məktəbə getmişik, eyni yaşdayıq. Cabir KVN tamaşalarında bəzən insanları ağladıb, bəzən güldürürdü".

Bunu Əməkdar artist Cabir İmanovla vida mərasimində iştirak edən Hacı Nuran onun itkisi ilə bağlı danışarkən deyib.
Hacı Nuran bildirib ki, hadisə baş verən zaman ilk olaraq Cabirin atası Qorxmaz bəyə zəng edilib:
"Dünən hadisə baş verən an bu itkiyə inanmadıq. Yalan xəbər olmasına inanmaq istədik. Təəssüf ki, xəbər yalan olmadı. Hadisə baş verən zaman ilk olaraq Cabirin atası Qorxmaz bəyə zəng edilib. Atası Elmlər Akademiyasında konfransda iştirak etdiyi üçün zəngə cavab verə bilməyib. Qorxmaz bəy çıxışını bitirdikdən sonra baş verən hadisədən xəbərdar olub. Ata üçün çox ağır itkidir".

Избранный
15
4
yenilik.az

5Источники