RU

"Hər gün onun ruhu ilə məsləhətləşirəm" - Polşanın yeni lideri

Polşa prezidenti Karol Navroçki etiraf edib ki, o, mühüm məsələlərdə Polşa dövlət xadimi Marşal Yuzef Pilsudskinin ruhu ilə məsləhətləşir.

"Unikal" xəbər verir ki, o, bu barədə Polşanın "Zet" radiosuna müsahibəsində deyib. 

Polşa prezidenti bildirib ki, Pilsudskinin ruhu ilə ötən əsrin problemləri və hazırkı qlobal gündəmlə bağlı müxtəlif mövzularda söhbət edir. Navroçkinin sözlərinə görə, bunlara 1920-ci il Polşa-Bolşevik müharibəsi və Rusiyadan gəldiyi iddia edilən təhdidlər daxildir.

"Biz demək olar ki, hər gün danışırıq", - Navroçki əlavə edib. 

Qeyd edək ki,  Marşal Yuzef (1867-1935) qızğın rusofob və antisovet baxışlarını müdafiə edirdi. Onun siyasi layihələrindən biri də millətçi hərəkatları dəstəkləməklə Sovet İttifaqını zəiflətmək və parçalamaq idi. 20-ci əsrin əvvəllərində Pilsudski Polşanın müstəqilliyini bərpa etmək üçün mübarizə aparan liderlər arasında idi. 

Gülayə Mecid 

Избранный
26
unikal.az

1Источники