RU

Magistral yolda aparılan işlər yekunlaşıb - VİDEO/FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Ələt-Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində aparılan kompleks tikinti və yenidənqurma işləri uğurla yekunlaşdırılıb.


Manset.az xəbər verir ki, layihə çərçivəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə magistral yolun altından keçən, müasir standartlara cavab verən yeraltı piyada keçidi inşa edilib. Keçidin ümumi uzunluğu 47 metr təşkil edir ki, bunun 37 metri qapalı hissədən ibarətdir. Eni 5 metr, hündürlüyü isə 3,2 metr olan keçid piyadaların təhlükəsiz və komfortlu hərəkəti üçün bütün zəruri infrastrukturla təmin olunub.

Bununla yanaşı, yolun sözügedən hissəsində yeni piyada səkiləri salınıb, həmçinin avtomobillərin magistral yola iki istiqamətli rahat giriş-çıxışını təmin edən yanaşma yollarının tikintisi həyata keçirilib. Tikintisi başa çatdırılmış bu yolların ümumi uzunluğu 3,2 kilometr, eni isə 7 metr təşkil edir.

Görülən işlər nəqliyyat axınının tənzimlənməsi, hərəkətin fasiləsizliyinin təmin olunması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi daşıyır.


Избранный
5
12
manset.az

10Источники